Viktor Kulle

1962-ci ildə Kirov vilayətinin Kirovo-Çepetsk şəhərində anadan olub. Leninqrad (indiki Sankt-Peterburq) Dəqiq Mexanika və Optika İnstitutunun Fizika-mühəndislik fakültəsində təhsil alıb, A. M. Qorki adına Ədəbiyyat İnstitutunu və institutun aspiranturasını bitirib. Filologiya elmləri namizədidir. İosif Brodskinin yaradıcılığı üzrə mütəxəssisdir. “Litareturnoye obozreniye” jurnalının və “Letniy sad” nəşriyyatının baş redaktoru işləyib. “Palimpsest” (2001), “Hər şey ciddidir” (2011), “Mətanət və İşıq” (2017), “Təşəkkür” (2020) adlı şeir kitablarının, poetik toplunun müəllifidir. İngilis və italyan poeziyasından rus dilinə tərcümələr edib. “Kultura” və “Pervıy Kanal” telekanalları üçün ssenarilər yazır, verilişlər hazırlayır. M. Lomonosov, A. Qriboyedov, M. Svetayeva, G. Qazdanov haqqında sənədli film ssenarilərinin, Böyük Vətən müharibəsində qadınların taleyi haqqında serialların müəllifidir. “Novıy mir” jurnalı mükafatının, “LericiPea Mosca” İtaliya-Rusiya birgə mükafatının, A. M. Zverev adına mükafatın, “Yeni Puşkin” mükafatının və b. ədəbi ödüllərin laureatıdır. Moskvada yaşayır.

Filosof və ədəbiyyatşünas Georgi Qaçev Kulle haqqında belə yazır: “Viktor Kullenin poeziyası təxəyyül püskürtüsü, varlığın günahı və gülüşü, düşüncənin çılğınlığı, dəbdəbəli leksikon, tembrlər orkestri, assosiasiyaların əyləncəsidır...”