Andrey Volos

Andrey Germanoviç Volos (1955) — nasir, şair, tərcüməçidir. Rusiya Dövlət mükafatının (2000), “Rus Bukeri” (2013), “Antibuker” (2000) və başqa mükafatların laureatıdır.
Stalinabad (indiki Düşənbə) şəhərində geoloq ailəsində doğulub. Qubkin adına Moskva Neft-kimya və Qaz Sənayesi İnstitutunu geofizika ixtisası üzrə bitirib. Daşınmaz əmlak alqı-satqısı ilə məşğul olub, proqramçı işləyib. Tacik poeziyasından tərcümələr edib. Ədəbi fəaliyyətə 1980-ci illərin sonunda başlayıb. A. M. Qorki adına Ədəbiyyat İnstitutunun professorudur.
“Xürrəmabad”, “Daşınmaz əmlak”, “Qalib”, “Satqın”, “Pəncruda qayıdış” və digər romanların müəllifidir. Tarixi roman, antiutopiya janrlarında yazır. Yaradıcılığında Orta Asiya mövzusu, onun dini mühitinin tarixi və müasir həyatı xüsusi yer tutur.
Tənqidçilərin fikrincə, “Volosun nəsrində realizm özünün ənənəvi formalarında təzahür edir və nəhayətsiz yaşarılığını sübuta yetirir” (Mariya Remizova).