Bizim portal çağdaş rus müəlliflərinin əsərləri ilə həm orijinal dildə, həm də MDB xalqlarının dillərinə tərcümədə tanış olmaq üçün unikal imkan yaradır.
Son onilliklər ərzində çağdaş rus müəlliflərinin əsərləri Birlik ölkələrinin dillərinə az-az və sistemsiz şəkildə tərcümə edilib. On bir dilə tərcümə edilmiş əsaslı "Çağdaş rus ədəbiyyatı" antologiyasının (2023) ikicildliyinin işıq üzü görməsi bu mənada ciddi sıçrayış və vacib hadisədir.
Portalımız rus ədəbiyyatının ən yeni nümunələrini MDB oxucularına təqdim etməyə davam edir. Portalda dərc olunan onlarla əsər çağdaş rus ədəbiyyatındakı təmayüllər, janrlar, mövzu və ideyaların bütün də olmasa, əsaslı mənzərəsini yaradır. Müəlliflərin siyahısı zaman-zaman yenilənəcək, oxucular üçün yeni əsərlər təklif olunacaq.
Ümid edirik ki, layihəmiz bədii tərcümə məktəblərinin inkişafına dəstək olmaq və bu nəcib işə yeni istedadlı ədbiləri cəlb etməklə yanaşı, həm də xalqlarımızın və mədəniyyətlərimizin yaxınlaşmasına töhfə verəcəkdir.