Yuri Polyakov

Yuri Mixayloviç Polyakov (1954) — nasir, jurnalist, şair, dramaturq, ictimai xadimdir. Rusiya və Moskva hökumətlərinin mükafatlarına, Qoqol, Şedrin adına mükafatlara və başqa təltiflərə layiq görülüb. 2001—2017-ci illərdə “Literaturnaya qazeta”nın baş redaktoru olub.
Moskva şəhərində anadan olub. N. K. Krupskaya adına Moskva Vilayət Pedaqoji İnstitutunun (indiki Moskva Vilayəti Dövlət Universiteti) Rus dili və ədəbiyyatı fakültəsini bitirib. Cəbhə poeziyası haqqında dissertasiya müdafiə edib, filologiya elmləri namizədidir.
Ədəbiyyata 1974-cü ildə şeirlə gəlib. İlk povestləri olan “Rayon miqyaslı fövqəladə hal” və “Əmrəqədərki yüz gün” əsərləri “Yunost” jurnalında nəşr olunub. “Səhvlər üzərində iş”, “Kostya Qumankovun Paris məhəbbəti” kimi povestləri ilə öz üslubunu — tənqidçilərin təbirincə, “qroteskli realizm” ini formalaşdırıb. “Süddə çəpiş”, “Mənim qaçış planım”, “Keçid dövründə məhəbbət” və digər romanların, “Gips şeypurçu” ironik epopeyanın və başqa nəsr əsərlərinin müəllifi kimi geniş tanınır. Pyesləri Rusiya və Avropa səhnələrində tamaşaya qoyulub və rəğbətlə qarşılanıb.
Polyakovun parlaq publisistikasını əks etdirən “Leviafan və Liberafan”, “Sizə nə gərək var, mədəniyyət ustaları” kimi kitabları böyük əks-səda doğurub.Onun nəsri sosial mesajlar baxımından da aktual və son dərəcə müasirdir.

Müəllifin Əsərləri

1 iş