Seygey Zavyalov
1958-ci ildə Puşkin şəhərində (o vaxtkı Leninqrad vilayətində) anadan olub. Leninqrad Universitetini “klassik filologiya” ixtisası üzrə bitirib. Xarici Dillər İnstitutunda və Sankt-Peterburq Dövlət Universitetində klassik dillər və antik ədəbiyyatdan dərs deyib. Qədim yunan, latın, fin və Litva poeziyasından tərcümələr edib. “Odalar və epodlar” (1994), “Melika” (1998), “Nitqlər» (2009), “Sovet kantataları” (2015), “Şeirlər və poemalar” (2018) kimi beş şeir kitabının müəllifidir. Şeirləri on iki dilə tərcümə olunub, ingilis, italyan, fin, isveç və eston dillərində kitabları nəşr olunub. “Andrey Belıy”, “Premio Ceppo Internazionale Pistoia” (İtaliya) ödüllərinin, eləcə də başqa ədəbi mükafatların laureatıdır. Şair Helsinki (Finlandiya) şəhərinə qonaq-şair qismində dəvət olunmuşdur. Rus və fin PEN mərkəzlərinin üzvüdür. Vintertur (İsveçrə) şəhərində yaşayır.
S. Zavyalov antik dövrün dərin bilikləri ilə silahlanmış eksperimentçi şairdir, o, daim əsl məzmun ehtiva edən poetik forma axtarışındadır. “Rus dilindən tərcümələr” şairinin cəsarətini qiymətləndirməmək mümkün deyil.