Vyaçeslav Kupriyanov
1939-cu ildə Novosibirsk şəhərində anadan olub. Leninqradda (Sankt-Peterburq) Silah Mühəndislərinin Hərbi Dəniz Məktəbində təhsil alıb. Moskva Xarici Dillər İnstitutunun Tərcümə fakültəsini bitirib. İngilis, alman, fransız, ispan, latış dillərindən şeir tərcümələri edib. Sərbəst şeirin nəzəriyyəçisi və yazarıdır. “Qoyun sözümü bitirim” (2002), “Zaman üçün oda” (2010), “İnsana xas heç nə” (2013), “Təzadlar” (2019) və başqa on poeziya toplusunun, əcnəbi dillərə tərcümə olunmuş qırx kitabın, bir neçə nəsr kitabının müəllifidir. Şeirləri bütün Avropa və bir sıra Asiya dillərinə tərcümə edilib. Bir çox yerli və beynəlxalq ədəbi mükafatların, o cümlədən “Branko Radiçeviç” (Serbiya), Avstriya Təhsil Nazirliyinin, “Moravskiy svitok” (Serbiya), “Naji Naaman” (Yaponiya), “Ədəbi əsa” (Makedoniya), “Bunin”, “Mayakovski” ədəbi mükafatlarının laureatıdır. Rusiya Yazıçılar Birliyinin və Serbiya Yazıçılar İttifaqının üzvüdür. Moskva şəhərində yaşayır.
Ədəbiyyatşünas və tənqidçi Artyom Skvortsov şairi belə səciyyələndirir: “Kupriyanov zərif və paradoksal düşüncənin özəyi ilə formasız dil xaosuna nüfuz edir. Təhkiyədəki patetika çox zaman qarşısıalınmaz emosionallıqla əl-ələ tutur, amma burada pafos əczaçı dəqiqliyi ilə ironiya hesabına balanslaşdırılır. Şair heç vaxt səsini qaldırmır”.