Həyat çevrəsi

Uşaqlıq müdrikliyi arzulayır
Müdriklik çarpışır həqiqətçün
Həqiqət can atır səadətə
Səadət arzu üçün qüssələnir

Arzu ümidə tələsir
Ümid dartınır inama
İnam vicdana səsləyir
Vicdan danışır sevgidən

Sevgi üçün kişilik gərək
Kişilik zəriflik axtarır
Zəriflik gözləyir analıq hissini
Analıq hissi uşaqlıq barədə oxuyur