Mariya Vatutina
1968-ci ildə Moskvada anadan olub. Moskva Hüquq İnstitutunu və A. M. Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. Hüquqşünas, vəkil, jurnalist, hüquq jurnallarından birində baş redaktor və redaktor kimi fəaliyyət göstərib. M. Qorki adına Moskva İncəsənət Teatrının “ədəbi şöbə”sinə rəhbərlik edib. “Dördüncü Roma” (2000), “Zamanların dəyişməsi” (2006), “Bizim qız” (2008), “O ərazidə” (2010), “Hadisələr zənciri” (2013), “Almazlı səma” (2015), “Qız yığıncağı”, “Sən yatarkən” (2018), “Müşahidə meydanı” (2019) və b. on üç şeir kitabının müəllifidir. “Antologiya”, “Moskovskiy sçyot”, “Bunin”, “Parabola”, beynəlxalq “Voloşin” mükafatı kimi bir çox məşhur ədəbi ödüllərə layiq görülüb. “Qırmızı Meydan. Şairlər Zamanı” Birinci Ümum-Rusiya Poeziya Turnirinin qalibi, “Zəmanəmizin səsi” titulunun sahibidir. Moskvada yaşayır.
Ədəbiyyatşünas və tənqidçi İqor Volqin yazır ki, Mariya Vatutinanın şeirləri həyatda başımıza gələn hadisələrin qəddar və dürüst təzahürüdür: “Biz lirik yaddaşı heç bir halda tarixin və mədəniyyətin yükündən azad olmamış çox müasir bir şairin “iş”i ilə (bunun məhz icrası tələb olunan bir iş olduğunu xüsusi vurğulamalıyıq) tanış oluruq.