Vasili Borodin
1982-ci ildə Moskva şəhərində anadan olub. Moskva Dövlət Metallurgiya İnstitutunu bitirib. Redaktor, korrektor, illüstrator işləyib. “Şəfəq. Yelkən” (2008), “Külək sirki” (2012), “Sığın adası” (2015) və başqa kitabların müəllifidir, eyni zamanda müasir poeziya barədə məqalələri münzətəm şəkildə mətbuatda çap olunub. “Andrey Belıy”, “Moskovskiy sçyot”, “Bella” Rusiya-İtaliya ədəbi mükafatlarının laureatıdır. 2021-ci ildə vəfat edib.
Şair və tənqidçi Denis Beznosov onun barəsində belə yazır: “Məntiqlə absurd arasında balansı gözləyən V. Borodin poeziyası məkan və zamanla bağlı ənənəvi qavrayışları dəyişdirir”.