yellərin partiyası...

* * *

 yellərin partiyası
kətanın ariyası
uçur pambıq sairə
qoşulub qızıl yelə

 süvarili gecədə
Ay kimi lap sevincək
qabaqdakı bir dəstə
şəhəri fəth edəcək

 illəri də biçərək
qalay südünü sağır
zülm altındakı xizək
şən nəğmələr deyərək

 xizəyin bu nəğməsi
dərində elə bil ki
bir mina titrəməsi
aclıq Rəbbin zirəsi

 nə oxuyur o dəstə
çılpaq bəyaz çiyinlər
cənnətdəki o səsdən
bax duyulur ayinlər

 mədənlər süxurlara
şüalar günə deyər
bu səfeh yalanlardan
üzlər bir gün çevrilər