Aleksey Parşikov

1954-cü ildə Primorsk Diyarının Olqa qəsəbəsində anadan olub. Uşaqlığı Kiyev və Donetskdə keçib. Kiyev Kənd Təsərrüfatı Akademiyasında və A. M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Yaradıcılığı 1980-ci illərə təsadüf edən və sonradan “metarealizm” kimi təsnifləşdirilən qeyri-rəsmi şairlər mühitinin nümayəndəsi idi. 1991-ci ildə San-Fransiskoya (ABŞ) köçüb, Stenford Universitetinin Slavistika fakültəsində magistr dərəcəsi alıb. 1995-ci ildən Kölndə (Almaniya) yaşayıb. “İntuisiya fiqurları” (1989), “Cyrillic Light” (1995), “Seçilmiş” (1996), “Anqarlar” (2006) və digər şeir kitablarının müəllifidir. Şeirləri ingilis, Danimarka, idiş, Çin, alman, niderland, serb, özbək, fin, fransız, yapon dillərinə tərcümə olunub. Avropanın və Şimali Amerikanın bir çox poetik festivallarında iştirak edib. “Andrey Belıy”, “Moskva Şairlər Biennale”si mükafatının laureatıdır. 2009-cü ildə vəfat edib.

Filosof, dilçi Mixail Epşteyn onun barəsində belə yazırdı: “Parşikov rus ədəbiyyatına əbədi tutarlılıq, çələng, metamorfoz obrazların kosmik miqyasını gətirib. O təkcə metarialist yox, həm də prezentalist idi və poeziyada məhz belə müəyyən olunmuş xüsusiyyətə dəyər verirdi: nəsnəni hazırkı vəziyyətdə, indi və burada, bir çox bucaqdan, vəziyyətdən və proyeksiyadan, lakin qəti və görünən, heç bir rəmzi bulanıqlıq və abstraktlılıq olmadan təqdim etmək...”