Viktor Lixonosov

Viktor İvanoviç Lixonosov (1936—2021) — nasir və publisist kimi tanınıb. Bədii yaradıcılığına görə RSFSR Dövlət mükafatına (1988), Rusiyanın “Böyük ədəbiyyat” ödülünə (2010), “Bunin” mükafatına (2013) və digər ödüllərə layiq görülüb.
Kemerovo vilayətində doğulsa da, Novosibirsk şəhərində böyüyüb. Atası müharibədə həlak ­olub. Krasnodar Pedaqoji İnstitutunu bitirdikdən sonra kənd məktəbində müəllim işlə­yib. V. Lixonosovun “Bryanskilər” adlı ilk hekayəsi 1963-cü ildə “Novıy mir” jurnalında çap olunub.
“Səni ürəkdən sevirəm”, “Tamanda payız”, “Elegiya” və bir sıra digər əsərləri sayəsində o, lirik-fəlsəfi nəsr ustası kimi tanınıb. Rus kazaklarının həyatından bəhs edən çoxplanlı və irimiqyaslı “Yazılmamış xatirələr. Bizim kiçik Parisimiz” (1986) əsəri ona bütün Avropada şöhrət qazandırıb. “Təəssüflər” və “Yuxuöncəsi qeydlər” başlıqlı esse topluları, “Üzüntü zirvəsi” adlı publisistika kitabı isə yenidənqurmadan sonrakı illərdə əsl ədəbi hadisəyə çevrilib.
Onun nəsri Rusiya ilə bərabər bütün dünyanı tarixi-poetik kontekstdə görməyi özünə hədəf seçib. Tənqidçilər V. Lixonosovu rus ədəbiyyatının “sonuncu melodisti” elan ediblər. A. T. Tvardov­ski deyirdi: “Onun nəsri Buninin nəsri qədər işıq saçır”.