Dina Rubina

Dina İlyiniçna Rubina (1953) — nasir, dramaturq və esseistdir. “Böyük kitab” mükafatı laureatıdır (2007).
Daşkənddə rəssam və müəllimə ailəsində anadan olub. Konservatoriyanı bitirib, Mədəniyyət İnstitutunda dərs deyib, özbək dilindən tərcüməçi işləyib. Moskvaya köçərək radioda işləyib. İsrailə mühacirət edib.
Rubinanın ilk hekayəsi 16 yaşında ikən “Yunost” jurnalında işıq üzü görüb. Ona böyük şöhrət qazandıran “Nə vaxt qar yağacaq?” hekayəsi də 1977-ci ildə “Yunost” jurnalında çap olunub. Gənc yazıçının ictimaiyyətin geniş rəğbətlə qarşıladığı bir neçə povesti də var. 1990-cı illərdə D. Rubina zərif və temperamentli «qadın belletristikasından» daha böyük miqyaslı janrlara — fəlsəfi və psixoloji romanlara keçdi: 1996-cı ildə o, İsraildəki mühacirlərin həyatından bəhs edən «Budur, Məsih gəlir!» romanını bitirdi. “Küçənin günəşli tərəfində”, “Sindikat”, “Kordovanın ağ göyərçini”, “Qadın küləyi”, “Napoleonun arabası” və “Rus bülbülü” romanları Dina Rubinanı Rusiyanın ən məşhur yazıçılarından birinə çevirdi.
Tənqidçilər D. Rubinanı “çevik və mühakiməli ağlına”, “həyat hadisələrinə və cəmiyyətin rəngarəng zibilliyinə doymaq bilməyən acgöz diqqətinə» (Alla Marçenko) görə yüksək qiymətləndirirlər.

Müəllifin Əsərləri

1 iş