Oleq Yuryev
1959-cu ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Leninqrad Maliyyə-İqtisad İnstitutunu bitirib. 1991-ci ildə Frankfurt-Maynda (Almaniya) yaşayıb. 1982-ci ildən çap olunmağa başlayıb. “Seçilmiş şeirlər və xorlar” (2004), “Frankfurtun axşam atəşi” (2007), “Şeirlər və digər şeirlər” (2011), “Vətən haqqında: Şeirlər, xorlar və nəğmələr, 2010—2013” (2013), “Son dövrlərin şeirləri və xorları” (2016) və başqa, ümumilikdə altı poeziya kitabının müəllifidir. Həmçinin ondan çox nəsr kitabı (pyeslər, romanlar, ədəbiyyat barədə məqalələr) nəşr olunub. “Zvezda” və “Novıy mir” jurnallarının mükafatlarına, habelə “Hilda Domin” (Almaniya), “Razliçiye”, “Antologiya” mükafatlarının laureatıdır. 2018-ci ildə vəfat edib.
Şair şeirlərində yanlışlıqlardan və zahiri kor-kobudluqdan çəkinmir, əksinə, onları məqsədəuyğun şəkildə təbliğ edir. Ali intellektual mətnə gətirilmiş nadirən istifadə edilən sözlər və neologizmlər, küçə ifadələri onun fərdi poetik üslubunun vacib xüsusiyyətlərindəndir.