Vladimir Makanin

Vladimir Semyonoviç Makanin (1937—2017) — nasirdir. Yaradıcılığı boyu RF Dövlət mükafatına, “Rus Bukeri”, “Böyük kitab”, “Yasnaya Polyana” və bir sıra ödüllərə layiq görülüb.
Orenburq vilayətinin Orsk şəhərində dünyaya gəlib, atası inşaat mühəndisi, anası isə müəllimə olub. Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, sonralar isə Ali ssenari kurslarında təhsil alıb. “Sovetskiy pisatel” nəşriyyatında redaktor vəzifəsində işləyib, A. M. Qorki adına Ədəbiyyat İnstitutunda nəsr sənəti üzrə mühazirələr oxuyub.
V. Makaninin ilk romanı “Birbaşa xətt” 1965-ci ildə işıq üzü görüb. İmza atdığı “Portret və ətrafı”, “Bir kişi və bir qadın”, “Sələf”, “Səmanın təpələrlə birləşdiyi yerdə”, “Andeqraund və ya Zəmanəmizin qəhrəmanı”, “Hürkü”, “Asan” və bir çox başqa roman və povestləriylə o, adını yaşadığımız dövrün ən önəmli yazarları sırasına yazıb.
V. Makaninin parlaq olduğu qədər də mürəkkəb, kinematoqrafik ünsürlərlə zəngin nəsri hadisələrə məhz intellektual yanaşmasına, dərin psixologizminə, xüsusilə də cəmiyyətdəki ovqat və yanaşmaları tam dəqiqliyi ilə ifadə etdiyinə görə rəğbət qazanıb. Bu səbəbdən tənqidçilər Makanini “sosial insanşünaslıq” və “sosial diaqnostika” üzrə usta tituluna layiq görüblər. Əsasən orta təbəqənin, “ortabab insanın”, ucqar qəsəbələrin və ya “barak” əhlinin həyatını araşdıran bu yazar fərdiyyətçilik, azadlıq, yaradıcılıq və seçim problemlərinə daima böyük önəm verib.

Müəllifin Əsərləri

1 iş