Valentin Rasputin

Valentin Qriqoryeviç Rasputin (1937-2015) — nasir, publisist, ictimai xadim kimi şöhrət tapıb. SSRİ (1977, 1987) və Rusiya (2012) Dövlət mükafatları laureatıdır. Rusiya Federasiyası Prezidentinin (2003) və Hökumətinin (2010) mükafatlarına və başqa bir çox təltiflərə də layiq görülüb.
İrkutsk vilayətinin Ust-Uda kəndində. İrkutsk Dövlət Universitetinin Tarix-filologiya fakültəsini bitirib, yerli qəzetdə və Krasnoyarsk mətbuatında çalışıb.
İlk hekayələr toplusu 1967-ci ildə nəşr olunub və dərhal da müəllifini əsl ədəbi istedad kimi tanıdıb. “Kənd nəsri”nin ən usta nümayəndələrindən biri sayılsa da, Rasputinin yaradıcılığı bu təyinatdan xeyli yüksəkdədir.
“Mariyaya pul lazım idi”, “Yaşa və xatırla”, “Daxma”, “Yanğın”, “İvanın qızı, İvanın anası”, “Matyoraya vida” povestləri, eləcə də hekayələri, esseləri həm ədəbi, həm də ictimai hadisələr kimi qarşılanıb. Əsərlərində mənəviyyat, vicdan, sevgi və mərhəmət, milli yaddaş kimi məsələlər önə çəkilib. O, “özünü bütünlüklə rus mədəni ənənələrinin qorunmasına həsr etmiş vicdanlı şəxsiyyət” (Sergey Perevezenstsev) kimi tanınıb.