Aprel şeirləri
Su səsinə qulaq verdim bütün ömrüm boyunca
Fontanların o darısqal qoynunda atlanarkən
Və enərkən zülmət dibə, görüb gölü doyunca,
Eynən o cür şamlarını tökürdü şabalıdlar —
Çırtıltıyla, sıra-sıra gölə baş vururdular,
Eynən o cür səmadakı fani, parlaq ulduzlar
İşığını paylayırdı ayrılığın yolunda.
Ölümə mən “gələcəyəm» dedim ömrüm boyunca,
Budur gəldim tanış olum, onda aprel ayıydı,
Günəşliydi həmin o il, şaxta qoyurdu xonça
Qapılarda, aynalarda, Ay da fısıldayırdı
Yaşıllığın arasından. Ulduzlar da — bir qucaq —
Tutqun şüşə üzərində alışırdı, yanırdı,
Ağlayırdı, ağladığı bəla yox, dərddi ancaq.
Və il ötdü, ola bilsin hətta ötüb keçib də
Bütün ömür, simasında təbəssümü polladdan,
Bir də ölüm dediyin o qanadını gərib də
Yığmamışdı onları heç, açıqdı arxasında.
Hələ hamı ayrılığın ulduzunu lap balaca bilib də,
Hələ şamla küknarların yamyaşıl yaxasında
Ayın susqun, dilsiz zəngi vurmamışdı, susub da.