Zaxar Prilepin

Zaxar Prilepin (Yevgeni Nikolayeviç Prilepin, 1975) — yazıçı, filoloq, publisist, ictimai xadim, te­leaparıcı, aktyordur. “Milli Bestseller” (2007), “Yasnaya Polyana” (2006), “Böyük kitab” (2014) və digər ədəbi mükafatlara, Rusiya Federasiyası Hökumətinin mükafatına (2016) ­la­yiq ­görülüb.
Ryazan vilayətində tarix müəllimi və tibb bacısının ailəsində doğulub.Çeçenistan savaşında xüsusi təyinatlı döyüşçü kimi iştirak edib. N. İ. Lobaçevski adına Ni­jeqorod Dövlət Universitetində filoloji təhsil almış Prilepin, daha sonra jurnalist və qəzet redaktoru olub, televiziyada müəllif proqramlarına və musiqili şoulara aparıcılıq edib, te­atrda ədəbi hissə müdiri işləyib.
“Patologiyalar”, “Məskən”, “İsti araq dolu çəkmələr” və başqa romanları, əksərən ictima­i-siyasi mövzulu povest və hekayə illəriə tanınıb. Roman, hekayə və esseləri ayrıca ki­tablar halında nəşr edilib. Z. Prilepinin parlaq obrazlılığa, tarixiliyə, ictimai-romantik pafosa malik əsərləri “Rusiyadakı gündəlik həyata dair gerçəkləri” dolğun əks etdirir.