Sergey Şarqunov

Sergey Aleksandroviç Şarqunov (1980) — nasir, publisist, ictimai xadimdir. “Böyük kitab” və “İlin yazıçısı” mükafatlarına, RF və Moskva hökumətlərinin, həmçinin, başqa bir sıra yerli və beynəlxalq qurumların təltiflərinə layiq görülüb.
Moskvada keşiş və bərpaçı-rəssam ailəsində dünyaya gəlib. M. V. Lomonosov adına MDU-nu beynəlxalq jurnalisitika ixtisası üzrə bitirib. “Yunost” jurnalının baş redaktorudur. Rusiya Yazıçılar və Naşirlər ittifaqları Assosiasiyasının sədridir.
İlk əsərləri “Novıy mir” jurnalında nəşr olunub. “Uşaq cəzalandırılıb”, “Ura”, “1993. Yanan evin fonunda ailə portreti”, “Katayev. Əbədi baharın sorağında”, “Özümüzünkülər” və başqa əsərləri ilə məşhurlaşıb.
S. Şarqunovun nəsri əyaniliyi və incəliyi ilə seçilir. Tənqidçilər onun əsərlərindəki ictimai obyektivliyi, üslubi sərbəstliyi, böyük tarix duyğusu ilə vəhdət təşkil edən aydın tövbəkarlıq ideyasını xüsusi vurğulayırlar.