Gözəl Yaxina
Gözəl Şamil qızı Yaxina (1977) — nasir və ssenaristdir. “Yasnaya Polyana” (2015), “Böyük kitab” (2019) və digər mükafatların laureatıdır.br>
Kazanda həkim və mühəndis ailəsində doğulub. Kazan Pedaqoji İnstitutunun Xarici dillər, Moskva Kino Məktəbinin Ssenari fakültəsini bitirib.
Ədəbi debütü 2014-cü ildə “Neva” jurnalında dərc edilmiş “Gecə kəpənəyi” hekayəsidir. Növbəti il isə tarixi mövzulu, tatar kəndlilərinin 1930-cu illərdə üzləşdikləri faciələrdən bəhs edən “Züleyxa gözlərini açır” adlı məşhur romanı işıq üzü görüb. Roman bestsellerə çevrilib, dəfələrlə nəşr olunub, ekranlaşdırılıb. Onun digər romanları — “Mənim balalarım” (Volqaboyu almanlarının taleyi haqqında), “Səmərqəndə gedən qatar” (Volqaboyundakı 1920-ci illər aclığı barədə) da geniş əks-səda doğurub.
G. Yaxina dövrümüzdə XX əsrin epos nümunəsini yaradan, arxivlərdə araşdırmalar aparıb, mürəkkəb tarixi materiallarla işləyən nadir müəlliflərdəndir. Onun nəsri, zahirən ehtirassız təsir bağışlayan dilinə rəğmən, son dərəcə dinamik və kinematoqrafikdir.