Vladimir Stroçkov

1946-cı ildə Moskvada anadan olub. Moskva Poladəritmə İnstitutunu bitirib. Orduda zabit kimi xidmət edib, Kantemirov diviziyasının parad alayının orta tank taqımının komandiri olub. Yarımkeçirici texnologiyalar və qara metallurgiya sahəsində çalışıb. 1990-cı illərdə nəşriyyat işi ilə məşğul olub. “Samizdat”da dərc edilib. İlk şeirlər kitabı 1994-cü ildə işıq üzü görüb. “Zərflər və zərfliklər” (2006), “Puşkin şumlayır” (2010), “Üstəgəl bukoliklər” (2010), “Sərhəd yoxdur” (2012), “Daha vaxt yoxdur” (2018) kimi doqquz şeir kitabının müəllifidir. Şeirləri ingilis, macar, ivrit, ispan, italyan, alman və fransız dillərinə tərcümə edilib. İosif Brodski Xatirə Fondunun (2000), Bolyasko Fondunun (İtaliya, 2001) təqaüd-mükafatlarının, “Moskovskiy sçyot” mükafatının (2007) laureatıdır. Moskvada yaşayır.

Tənqidçi və ədəbiyyatşünas Artyom Skvortsov Stroçkov barədə yazır:“Stroçkovun məhz şair kimi qavranılması açıq-aşkar natamam qalır. Onun rus ədəbiyyatında əvvəl və indi gördüyü işlər poetik/qeyri-poetik təsəvvürlərin sərhədlərini genişləndirir, mətn məkanı isə təkcə “poeziya”nı əhatə etmir. Bəzən Stroçkovun yazılarını təsnifləşdirmək çətin olur”.