Deyirəm, yorğunam, yorğunam, burax...
* * *
Deyirəm, yorğunam, yorğunam, burax,
bacarmıram, deyirəm, burax, yorğunam,
buraxmır, dinləmir, yumruğunu sıxaraq,
qalxır, gülür, sən hələ heç uçmamısan,
deyir, gülür, yenə başımın üstündə,
barmaqlarını sıxır, qaldırır ki, uçmaq gərək,
deyəsən, uçuram axı mən, uçuram deyirəm,
mən deyəsən uçurdum, deyirəm, otu tüpürərək,
yorğunam, deyirəm, burax, mən yorğunam, bir daha
qaldırır başının üstünə, mən isə yorğunam hələ,
atır məni, mən isə yorğunam, o isə anlaya
bilmir, gülür, uç deyir, kollara tərəf,
mənsə yorğunam, qanad çalıram var gücümlə,
üz-gözüm cızılıb, sonuncu koldan yapışmışam,
yaxşı, deyirəm, amma ki son dəfə, o isə deyir, dəlisən,
sən ki indi uçdun, yaxşı, deyirəm, olsun, razıyam,
gəl bir də sınayaq, yox deyir, bağışla,
yorğunam, məni burax, gülür, bacarmıram, bezdirmisən məni,
bir dəfə də deyirəm, deyir ki, özün uç indi, bacarmıram,
cəhənnəmə deyirəm, mən səninlə necə yorğunam, İlahi,
gülürəm, o mənə baxır, mənsə gülürəm, bacarmıram,
yaxşı, deyir, gəl qaçmaqdan başlayaq... qaçıram...