Fazil İskəndər
Fazil Əbdüloviç İskəndər (1929—2016) — nasir və şair kimi şöhrət tapıb. SSRİ (1989) və Rusiya Dövlət mükafatlarının (1994, 2014) laureatı olub, RF Hökumətinin (2011) mükafatına layiq görülüb.
Suxumi şəhərində doğulub. Abxaziyanın Çegem kəndində boya-başa çatıb. 1954-cü ildə A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Jurnalist, redaktor işləyib, şeirlər yazıb. İlk kitabı 1957-ci ildə Suxumidə nəşr olunub.
1960-cı illərdə bir sıra əsərləri “Yunost” jurnalında işıq üzü görüb. “Novıy mir” jurnalında çıxan “Dağkeçisi bürcü” satirik povesti ilə şöhrətlənib. Oxucuların dərin məhəbbətini qazanmış ən məşhur əsərləri “Çegemli Sandro”, “Çikin uşaqlığı”, “Dovşanlar və boalar”dır.
Fazil İskəndərin nəsri ironik və fəlsəfi məzmunludur, ibrətamiz əhvalatlar və zərb-məsəllərlə zəngindir.