Ədəbiyyatşünas və tənqidçi Artyom Skvortsov şairin yaradıcılığını belə şərh edir:“Aleksey Kudryakovun poeziyası nəzərə çarpacaq dərəcədə fanilikdən uzaqdır. Onun lirik qəhrəmanı ironiya kölgəsinə ehtiyac duymadan filosofluq edir. Özünə qapanır və ictimai işlərə az maraq göstərir. Kudryakov ciddi şəkildə dindardır və onun dünyagörüşü şeirlərində deklarativ halda deyil, söz və təbiət, loqos və kosmos arasındakı əlaqənin parlaq vəhdəti şəklində özünü təcəssüm etdirir və həqiqətən poetikdir”.