Aleksey Varlamov

Aleksey Nikolayeviç Varlamov (1963) — nasir, ədəbiyyatşünas, publisistdir. “Aleksandr Soljenitsın” (2006), “Böyük kitab” (2007) və başqa mükafatların laureatıdır.
Moskvada anadan olub. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, XX əsr rus ədəbiyyatının tədqiqatçısı, filologiya elmləri doktoru, professordur. A. M. Qorki adına Ədəbiyyat İnstitutunun rektoru, Rusiya Prezidenti yanında ­Mədəniyyət və İncəsənət Şurasının üzvüdür.
Yazmağa erkən başlayıb, ilk hekayələri sanballı jurnallarda və “Ostojyedəki ev” adlı kitabında nəşr olunub.
“Görkəmli adamların həyatı” seriyasından M. M. Prişvin, A. S. Qrin, Q. E. Rasputin, M. A. Bulqakov, A. N. Tolstoy, A. P. Platonov, V. M. Şukşin, V. V. Rozanov haqqında kitabların müəllifidir.
Andrey Nemzerin fikrincə, Varlamovun əsərlərində dəyişilməz qalan ümdə keyfiyyətlər onun “nəcib əcdadlar”ın dəst-xəttini xatırladan həlim təhkiyə tərzi, ürkək, ancaq daxilən işıqlı “balaca adam”a şəfqətli münasibət, təsirli və əsasən dini məzmunlu simvolikadır.

Müəllifin Əsərləri

1 iş