Yevgeni Karasyov
1937-ci ildə Kalinin (indiki Tver) şəhərində anadan olub. Çətin taleyi olub: müharibədə yetim qalıb, cibgirliyə qurşanıb, uşaq koloniyasına düşüb, bundan sonra ümumilikdə 20 il həbsdə yatıb, yeddi dəfə mühakimə olunub, məhkəmə onu xüsusilə təhlükəli residivist kimi tanıyıb. Tikanlı məftillərin arxasında orta məktəbi bitirib, orada yazmağa başlayıb. Rusiyanın ucqar rayonlarında ağackəsmə sahələrində və dəmir yollarının tikintisində çalışıb. 1986-cı ildə kriminal aləmdən ayrılıb, komisyon mağazasının direktoru, əntiq əşyaların qiymətləndiricisi işləyib. “Tanrının yolları” adlı ilk şeirlər toplusu yalnız 1992-ci ildə işıq üzü görüb. “İmansızlıq yükü” (1998), “İttiham şahidləri” (2000), “Azmış oğulun nəğmələri” (2003), “Əşyayi-dəlil” (2014) və başqa yeddi şeir və poema kitabının müəllifidir. Bir neçə hekayə və povest, həmçinin, həbsxana xatirələrindən ibarət “Paralel dünya” kitabını (2007) nəşr etdirib. “Novıy mir” və “Arion” jurnallarının mükafatlarına, eləcə də “Antologiya”, “Qumilyov” mükafatlarına layiq görülüb. Rusiya Yazıçılar Birliyinin üzvü olub. 2019-cu ildə vəfat edib.
Şairlər Oleq Çuxontsev, Yuri Kublanovski, Tatyana Bek, Maksim Amelin onun haqqında yazıblar. Tənqidçi Lev Danilkin qeyd edir ki, o, heyrətamizdir, buradakı heç kəsə bənzəmir və yalnız şair olsa, yaxşıydı.