Uzaq
Məzəmmət dolu yaddaşın çağırışı ilə,
kilsə kandarında,
ya ölü quşcuğazı görəndə
keçirdiyin ağır bir hisslə
getdim uşaqlığımın keçdiyi yerlərə — kəndə,
nənəmin yanına.
Zalımın hakimiyyətindən sonrakı
həmin ayaz var.
Özbaşına külək
qovur toz-torpağı.
Karıxıb
baxıram doğma oylağa.
Nə quyu var, nə evlər —
qumru quşu uçur.
Həmin o tanış çay da
eyni cığırdan keçir.
Ürəyin ağrısından
sönür başqa ağrılar.
...Ağırdı uşaqlığa qayıtmaq —
heç kəsin yanına.




