Xoşbəxt sahildə

Günəş, bir də çay —
səadətdi.
Balıqların kölgəsi qaçır,
görünmür özləri.
Budur həyəcanlı gümüş görünüb itdi —
izi də yoxdu.
Bir də bura qayıtmaq üçün
atılmış qəpik kimi.