Uzaq

Məzəmmət dolu yaddaşın çağırışı ilə, kilsə kandarında, ya ölü quşcuğazı görəndə keçirdiyin ağır bir hisslə getdim uşaqlığımın keçdiyi yerlərə — kəndə, nənəmin yanına. Zalımın hakimiyyətindən sonrakı həmin ayaz var. Özbaşına külək qovur toz-torpağı. Karıxıb baxıram doğma oylağa. Nə quyu var, nə evlər — qumru quşu uçur. Həmin o tanış çay da eyni cığırdan keçir. Ürəyin ağrısından sönür başqa ağrılar. ...Ağırdı uşaqlığa qayıtmaq — heç kəsin yanına.