İlya Boyaşov

İlya Vladimiroviç Boyaşov (1961) — nasir, tarixçi və tərcüməçidir. “Milli Bestseller” mükafatının (2007) laureatıdır.
Gertsen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib. Gid, poçtalyon, kinomexanik və gözətçi işləyib. Naximov adına Hərbi dənizçilik məktəbində tarix fənnindən dərs deyib. Nəşriyyatda redaktor, “Avrora” jurnalında isə məsul katib vəzifələrində çalışıb. İlk əsərləri 1988-ci ildə nəşr olunub. “Murinin yolu” adlı romanı işıq üzü görəndən sonra Boyaşova “Nəsrin Kusturitsası” adı verilib. “Tankçı və ya Bəyaz pələng” romanı, “Cənnət”, “Barama” və digər povestləri ilə oxucular arasında rəğbət qazanıb.
Tənqidçilərin fikrinə görə, “Boyaşovun mətnləri Rusiyanın sosial mahiyyət daşıyan dəyərlərini inversiya hədəfinə çevirən bayağı ədəbiyyat estetikasıyla, məzə-zarafat və gülüş ənənələriylə sıx şəkildə bağlıdır...” (Dmitri Qolınko-Volfson).