Qələbə günü

Pəncərə ağzında yarımçıq araq,
bərq vurur pəncərə, ulduzlar, şüşə.
Yenə xatırlayır orden taxaraq
savaşı, içində həminki qüssə.

Göy duman içində görünür dostlar
yenə də o uşaq simalarıyla.
O arsız gülüşlər, o zarafatlar —
onda həyat dolu idi hamıyla.

Xoşdu nəfəs almaq sinə dolusu,
döyüşmək gözəldi amansız şərlə.
Möcüzə kimiydi, xoşdu, doğrusu,
yaşamaq çovuyan adsız gülləylə.

İndi demək olar keçib o qorxu,
hərçənd ürəklərdə ürpərtisi var.
Sanki unudubdu Tanrı bu yurdu —
bir az özbaşına, öz-özünə yar.

Bu ölkəyə görə ölə bilərik,
ölkəsiz bu həyat sığmır ağıla...
O safdı uşaqtək, uşaqtək müdrik,
tale də bənzəmir xoş bir nağıla.

Hətta bu indiki mal tövləsində,
yaşamaq hücumdan çətindi bəlkə —
Sosial təminat idarəsində
tale yox, qaydalar yaşayır ölkə.

Qərəzsiz günahdan arınmaq üçün
bu bayram yəqin ki, tövbə yoludu.
Başımız üstündə qoyma ki, sönsün
çobana mağara göstərən ulduz.