Sanki Günəş şəfəqləri nəhəng linzadan...
* * *
Sanki Günəş şəfəqləri nəhəng linzadan
düşüb sınır deltasında qəfil Nevanın.
Səni elə sevmişdim ki — həyatdan da çox,
ölümdən çox sevməmişdim, yəqin ki, canım.
Tanrı kimi dayaq idin mənə, amma ki,
Tanrı axı çox məşğuldu, ləngiyə bilmir.
Amma yenə güclü olur ölümdən sevgi,
nə olsun, o, ömrümüzdə tez-tez baş vermir.