Quşlar səni tərk edibdi...

* * *

Quşlar səni tərk edibdi,
Vətən, uçur zenitə.
Göyün tarım simi indi
az qalır ki, keyidə —

səsi dönür xırıltıya,
boğuq ağ uğultuya.
Göydə həlak olanların
səsiylə kim uyuyar?

Əbəs yerə ağıl gəzir,
oğurluqçün yer tapır.
Mayası ilhamsız şeiri
yenə tapıb çıxarır.