Hamlet

                        Gennadi Aygiyə

 Səhnələr olubdu siçan tələsi,
pərdələr az qalıb indi qalxacaq.

 Başqa məharətlə duyulur səsi,
ağzını açaraq zalı alacaq.
Güclü boğazını göstərmək üçün
nitq irad edəcək, əslində bərbad.

 Modal felə qədər fikir üzülüb,
o məhkum canları sayır adbaad.
Xəncərə sürtülən həmin zəhərdi —
boğazı yaşlayır, alnı bütün tər...

 Ölümlə savaşdır — sənət nədir ki? —
elə sevgi kimi, sevgidən betər.