Oleq Pavlov

Oleq Oleqoviç Pavlov (1970—2018) — nasir, publisist, tənqidçi kimi tanınıb. “Rus Bukeri” (2002), “Aleksandr Soljenitsın” (2012) və digər mükafatların laureatıdır.
Moskvada doğulub. A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, sonralar orada seminarlar aparıb.
Ədəbi debütü cəzaçəkmə yerindəki həyatı qarovulçunun baxış bucağından təqdim edən “Qarovul elegiyaları” (1990) adlı hekayələr silsiləsi olub. İlk romanı — mövzusu ədliyyə qoşunlarında xidmətdən götürülən — “Adi nağıl” (2012) ona geniş şöhrət qazandırıb. “Matyuşinin işi”, “Asistoliya”, “Xəstəxana qarovulçusunun gündəliyi” romanları Oleq Pavlovu çağdaş realist nasirlərin ön cərgəsinə çıxarıb.
“Rus ədəbiyyatı və kəndlilər məsələsi”, “Rus nəsrinin metafizikası” kimi yazıları ilə ədəbi tənqidçi kimi də özünü göstərib. O. Pavlov poetik siqləti və xristian şəfqəti ilə seçilən “sərt tövbəkar nəsr”in ustası hesab edilir. Onun əsas qəhrəmanı “sərhəd situasiyaları”nda məna və qurtuluş axtaran insandır.

Müəllifin Əsərləri

1 iş