Mixail Popov
Mixail Mixayloviç Popov (1957) — nasir, şair, publisist, tənqidçi, ssenaristdir. Moskva Hökuməti (2002), “Andrey Platonov” (2000), “Qonçarov” (2009) və digər mükafatlar laureatıdır.
Xarkovda rəssam ailəsində anadan olub, uşaqlığı Qazaxıstanda keçib. Kənd Təsərrüfatı Texnikumunu, daha sonra A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. “Literaturnaya uçyoba” jurnalında çalışıb, “Moskovski vestnik” jurnalının baş redaktor müavini olub. 2004-cü ildən Rusiya Yazıçılar İttifaqı yanında Nəsr Şurasının rəhbəridir.
İlk önəmli pulisistik nəsr əsəri 1983-cü ildə nəşr olunan «Bəxtəvər» povestidir. Mixail Popovun ilk romanı “Qonaqlıq” 1986-cı ildə “Sovetskiy pisatel” nəşriyyatında çap olunub. O, “İşarə” və “Sabahın buludları” poeziya toplularının və 20-dən çox nəsr kitabının, o cümlədən psixoloji və macəra romanlarının (“Təsadüfi bənnalar”, “Pleroma” və s.) müəllifidir. M. Popov “Sulla”, “Tamerlan”, “Barbarossa”, “Olonne” kimi parlaq bioqrafik romanları ilə özünü tarixi romançı kimi də təsdiqləyib.
Onun nəsri süjetli, çox zaman paradoksal, oyuna və mistifikasiyaya, söz oyununa meyillidir, lakin eyni zamanda klassik ənənəyə sadiqdir.