Eduard Limonov
Eduard Veniaminoviç Limonov (1943—2020) — nasir, şair, publisist və ictimai xadim kimi tanınıb.
Qorki (Nijeqorod) vilayətinin Dzerjinsk şəhərində dünyaya gəlsə də, uşaqlıq illəri Xarkov şəhərində keçib. 17 yaşında ikən əmək fəaliyyətinə başlayıb, bir sıra yerlərdə fəhlə kimi işləyib. Ədəbi yaradıcılığa şeirlə qədəm qoyub, kitabları gizlin yolla işıq üzü görüb. 1974-cü ildə mühacirətə yollanıb, 1980-ci ildə Fransada çap olunan “Bu mənəm, Ediçka” adlı ilk romanı sayəsində beynəlxalq aləmdə şöhrət qazanıb. 1990-cı illərin əvvəllərində Rusiyaya qayıdıb.
“Onun xidmətçisinin başına gələnlər”, “Bir uğursuzun gündəliyi”, “Yeniyetmə Savçenko”, “Biz böyük bir zəmanədə yaşamışıq” və sair daxil iyirmiyə yaxın roman və povestin, eyni zamanda hekayə və şeir toplularının, çoxsaylı esselərin, ictimai-siyasi məqalələrin, xatirə kitablarının da müəllifidir. Onun çılğın və zərif nəsri qiyam ruhuna sahib olduğundan vaxtaşırı izn verilən hüdudları aşmağa meyil göstərib: bu səbəbdən də bəziləri bu nəsri “amansız realizm”ə aid edib, digərləri isə yaşadığı zəmanəyə xas bütün ehtirasları, tovlamaları və sarsıntıları özündə cəmləşdirən “bir rus şairinin müdrik etirafları” adlandırıblar.