Viktor Pelevin

Viktor Oleqoviç Pelevin (1962) — nasir və esseistdir. “Böyük kitab”, “Kiçik Buker” (1993), “Milli Bestseller” (2004) və bir sıra digər Rusiya və Avropa mükafatları laureatıdır.
Moskva şəhərində anadan olub. Moskva Energetika İnstitutunu bitirib, A. M. Qorki adına Ədəbiyyat İnstitutunda ədəbiyyat öyrənib. 1991-ci ildə yazıçının ilk kitabı — “Mavi fənər” hekayələr toplusu işıq üzü görüb. “Omon Ra”, “Böcəklərin həyatı”, “Çapayev və boşluq” və “P” nəsli” romanları müəllifə pərəstiş olunan postmodernist yazıçı, vizioner, 90-cı illərin intellektual gerçəkliyini, çılğın ideyalarını, məna oyunlarını, miflərin dağılmasını, mənəvi sferanın kommersiyalaşmasını və yalanın zəfərini dolğun əks etdirən peyğəmbər kimi şöhrət qazandırıb.
V. Pelevin “V İmperiya” (2006), “S. N. U. F. F.” (2011), “Betmen Apollo”, “Üç zukerbrinə qarşı sevgi” (2014), “Gözətçi”, “iPhuck 10” romanlarının, “Keçid dövrünün dialektikası. Heç yerdən heç yerə” (2003) hekayələr toplusu və b. əsərlərin müəllifidir. 2021-ci ildə hekayələrdən ibarət “Transhumanism Inc.” romanı nəşr olunub.