İnqa Kuznetsova
1974-cü ildə Krasnodar diyarının Çernomorsk qəsəbəsində anadan olub. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Fəlsəfə üzrə aspiranturada oxuyub. “Voprosı literaturı”, “Oktyabr” jurnallarında redaktor işləyib, “Radio Rossiya”da ədəbi jurnalların icmallarını hazırlayıb. “Arıqışu yuxuları” (2002), “Daxili baxış” (2010), “Havada üzmə” (2012), “Ağacların etirafı” (2016), “Uçmağırlıq” (2019) adlı beş şeir kitabının müəllifidir. Son illərdə nəsr əsərləri yazır və iki romanı çap olunub. Şeirləri ingilis, gürcü, Çin, polyak, fransız və başqa xalqların dilinə tərcümə olunub. “Kiçik Triumf”, “Moskovskiy sçyot” və beynəlxalq “Voloşin” mükafatlarının laureatıdır. Moskvada, Moskva ətrafındakı Protvində yaşayır.
Ədəbiyyatşünas və tənqidçi Dmitri Bak onun lirikasını belə səciyyələndirir: “Heç bir statika, ən kiçik üfüqi gediş belə yoxdur, yalnız hərdən yuxarı və aşağı gedən maili əyrilər və hər dəfə də hadisələrin yeni konturlarını aydın şəkildə ortaya qoyulur. Bunun analogiyası “plastilinli” cizgi filmidir, burada metamorfoz süjetdən daha vacibdir”.