Sergey Biryukov
1950-ci ildə Tambov vilayətinin Torbeyevka kəndində anadan olub. Sonradan dərs dediyi və ədəbi studiyaya rəhbərlik etdiyi Tambov Pedaqoji Universtitetinin Filologiya fakültəsində təhsil alıb. Filologiya elmləri namizədi, kulturologiya üzrə fəlsəfə doktorudur. Vizual və sonor poeziya nəzəriyyəçisi, XVII—XXI əsrlər rus poeziyasının tədqiqatçısı, poetik avanqard və qeyri-ənənəvi rus şeir formaları tarixçisi və araşdırıcısıdır. Beynəlxalq Ağıllılar Assosiasiyasının qurucusudur. İyirmiyə yaxın şeir kitabının müəllifidir. Kitabları Rusiya ilə yanaşı Almaniya, İspaniya və ABŞ-də dərc olunub. “Dinozavrın uçuşu” (2011), “Yarıqdakı adam” (2010), “Səslənməlik” (2013) kimi şeir toplularının, üç nəzəri kitabın müəllifidir. “Universum” seçmə şerilər toplusu 2022-ci ildə nəşr olunub. Əsərləri bolqar, ingilis, belarus, italyan, Çin, alman, polyak, rumın, fransız, yapon dillərinə tərcümə olunub. “Özgə yarımkürə” poetik avanqard şeir jurnalının həmredaktorudir. “A. E. Kruçyonıx” beynəlxalq poeziya mükafatına, “F. İ. Tütçev” ümum-Rusiya ədəbiyyat ödülünə layiq görülüb. Rusiyanın və dünyanın bir çox başqa poeziya festivallarında iştirak edib. Almaniyada, Halle şəhərində yaşayır və çalışır.
Tənqidçi və şair Denis Beznosov onun yaradıcılığını belə səciyyələndirir: “Biryukov poeziyasının məkanında belədir: biz qabaqcadan heç vaxt bilə bilmirik ki, onun mətnlərindəki bu və ya digər sözün hər hansı birmənası var, ya yox; yoxsa həmin sözləri bütünlüklə, yaxud qismən vərdiş edilən funksiyalardan məhrum ediblər, ola bilsin nəsə qalıb da. Biz elə bir labirintdəyik ki, hər bir döngə şübhə altındadır və ola bilsin ki, bu da "ciddi deyil"...”