Şiri-həşir

bilirsizmi
necə ağlayır şirlər
pəncələriylə
ağızlarını qapayıb
zar-zar hönkürürlər
yaş axıdırlar
qoz boyda
dolu kimi
gözlərini bağlayırlar
ki yerə düşməsin
nə böyüyü
nə qoz boydası
göz yaşlarının
ah

aman
şirlər
yaman
tələffüz edirlər
saitlərin
samitlərin
sonunu ağılarıyla
bilirsizmi
necə ağlayırlar
yer üzündə
zorba-zorba gəzən
ovunu
eşq həsrətiylə
öz kölgəsi kimi haqlayan
qayadan azad bir uçuşla
tullanan
pələnglər
şirlər