Mixail Yelizarov

Mixail Yuriyeviç Yelizarov (1973) — nasir, şair, mahnılar müəllifi və ifaçısıdır. “Rus Bukeri” (2008), “Milli Bestseller” (2020) və “Apollon Qriqoryev” mükafatları laureatıdır.
İvano-Frankovsk şəhərində doğulub, Xarkovda böyüyüb. Xarkov Universitetinin Filologiya fakültəsini bitirib. Televiziyada operator işləyib, Xarkov Mədəniyyət İnstitutunun Televiziya rejissorluğu fakültəsində və Hannover Kino Məktəbində oxuyub.
İlk kitabı olan “Dırnaqlar” 2001-ci ildə nəşr olunub. “Pasternak”, “Kitabxanaçı”, “Multiklər”, “Torpaq” romanlarının, “17 illiyə siqaret çəkməyə çıxmışdıq...” adlı hekayələr toplusunun və başqa kitabların müəllifidir.
Tənqidçilərin fikrincə, M. Yelizarovun yaradıcılığı “postmodernist və realist təcrübələrin sərhədində qərarlaşıb” (Denis Yuryev).