Denis Novikov
1967-ci ildə Moskva şəhərində anadan olub. A. M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. “Oqonyok” jurnalının “poeziya şöbəsi”ndə işləyib. Şeirləri 1985-ci ildən çap olunmağa başlayıb. İlk şeirlər kitabı 1989-cu ildə nəşr olunub. 1990-cı illərdə “Yanvarda pəncərə” (1995; “Son söz” yazısı İosif Brodskinindir), “Karaoke” (1997) və “Dayandoldurum” (1999) adlı üç şeir kitabı işıq üzü görüb. İngiltərədə, daha sonra isə İsraildə yaşayıb. Ədəbi mühitlə əlaqələri kəsib və nəşr olunmaqdan imtina edib. Bu səbəbdən də cəmi bir mükafata — “Arion” jurnalının mükafatına layiq görülüb. 2014-cü ildə vəfat edib.
Ölümündən sonra iki şeir kitabı işıq üzü görüb — “Viza” (2007) və “Çay-bulud” (2017). Ədəbiyyatşünas və tənqidçi Artyom Skvortsov şairin “Viza” kitabı barədə belə yazır: “Denis Novikov hələ erkən gəncliyində poeziya “sexindəki” həmkarları ilə eyni səviyyədə qəbul olunmuşdu, o, başqalarının yaradıcı yetkinliyə yenicə qovuşduqları yaşda əvvəlcə ədəbiyyatdan, sonra isə həyatdan getdi. D. Novikov öz nəslinin ən istedadlı imzalarından idi”.