Ləng yarpaq tökümüylə yekrəng küyün içindən...
* * *
Ləng yarpaq tökümüylə yekrəng küyün içindən,
Kaman üçüncü qatdan nə deyib səslənirdi?
Küçələri gəzirdi yöndəmsiz geyimində
Heç kimin duymadığı bənzərsiz şair indi...
Rastlaşırdı hər dəfə özündən razı gənclə —
Səfeh rəfiqəsiylə, dəli eşqi başında.
Çəməndə gizləyəntək şeirində güvənclə
Həkk eləyib onları saxlardı yaddaşında.
Trubnikdə o məşhur dükana baş çəkirdi,
Orda satıcı Lena oxuyurdu gözləri.
Maraqlı bir əhvalat doğulurdı, bitirdi,
Bəyaz, saf məktubların məlhəm cücərtiləri.
Heç bir əfv diləmirdi sarı xəzan yarpağı,
Ayaq altda xışıltı salıb gülümsəyirdi.
Qəm hərifi şairə belə az darıxmağı,
Bozluğu, uzunluğu ömrünün ar gəlirdi.
Oyuncaqdı tikanı bu qorxu oyuncağın,
Az əvvəl dillənirdi yalan avazla kaman.
Qaraqabaq Moskva Monomaxın papağı,
Noyabr havasında boşdu, ağırdı yaman.





