Bir kimsəni sevmədən elə uzun yaşadım...
* * *
Bir kimsəni sevmədən elə uzun yaşadım —
Unuduram səhvini özgələrin, özümün.
Səninçün dəryaları yara-yara aşardım,
Uşaq əyləncəsiyçün, təsadüfi gülüşçün.
— Ümidsiz eşq nədir ki, — qaçıb soruşum deyə
Öz arxama düşürəm bu payız xəzanında.
Tən ortadan bölərdim mən ömrümü ikiyə,
Mümkün deyilsə necə, necə yaşayım onda?
Bir kimsəni sevmədən elə uzun yaşadım —
Unuduram səhvini özgələrin, özümün.
Səninçün dəryaları yara-yara aşardım,
Uşaq əyləncəsiyçün, təsadüfi gülüşçün.
— Ümidsiz eşq nədir ki, — qaçıb soruşum deyə
Öz arxama düşürəm bu payız xəzanında.
Tən ortadan bölərdim mən ömrümü ikiyə,
Mümkün deyilsə necə, necə yaşayım onda?




