Təbiət
Əlbəttə, faydalıdır. Məsələn, hava. Bütün şəhərlilər bu havaya istinad edir, həmişə də eyni intonasiya və dəhşətli poetik ifadələrlə. “Orada hər şey xumarlanır”. “Ot qoxuları”. “Müalicəvi şam yarpağı dəmləməsi”... Necədir? “Çöllərin ətirli ruhu”. Bunu deyəni ümumiyyətlə qandalla qıqzdırıcı batareyaya bağlamaq və Rusiya Yazıçılar Birliyinin, yaxşı olar ki, Vologda şöbəsi üzvünün şeirlər külliyyatı ilə zorlamaq lazımdır.
Bütün bunlar yalan və bər-bəzəkdir, eynilə günəş altındakı şezlonqlarımız, pəncərələri açıq eyvanda içdiyimiz qəhvə kimi, başa düşürsən də, yasəmənlikdə, qıvrılan otlar üzərində gəzintilər, yaxşı qurulmuş manqallar, ağcaqanad əleyhinə spirallar kimi. Bütün bunlar həmin anlaşılmaz, qorxunc, səs-küylü və ya susqun olanı, üzünə üfürüləni, ya da yaxınlaşıb arxanda dayananı inandırmaq və ovsunlamaq cəhdidir. Nəyi qovursan, hökmən gəlir.
Ulduzlu səma gələcək və çökəcək; ürəyində ondan qorxursan. Ancaq əvvəlcə dünya qaralacaq, nəmlənəcək, çəkiləcək, susacaq və özünə qapanacaq. Orada qaymaqçiçəkləri var, onlar gündüzlər, uşaq nəğmələrində qaymaqçiçəyidir, bəs gecələr nədirlər? Onların lal, özləri üçün olan mənaları nədir? Bəlkə şəkildəki minalı çaydanın üzərində poza verməkdir?
Bəs otlar, qızılgüllər? Axı onlar bizi sevmir! Qızılgüllər bizi heç veclərinə də almırlar, onlarçün fərqi yoxdur. Biz onların ətrafında yallı gedirik — ikisi yas, üçü toy üçündür. Biz təbiətin dilini unutmuş, onun məqsədini bilməyən debillərik. Sehrli bağça qızının niyə ağ-çəhrayı yığılan spiral kimi fırlandığını bilmirik və niyə fraktal həndəsə, Mandelbrot çoxluğu haqda heç nə eşitmədiyi halda öz ətirli riyaziyyatını durmadan fırladır, fırladır, amma artıq alaqaranlıqdır, nəmişlikdir, artıq təzə biçilmiş otlardan kəskin kalium permanqanat iyi gəlir.
Qazonu biçmək. Bağdakı tutqun işıqları yandırmaq. Doqqazı bağlamaq, iti açmaq, bütün şübhəli adamlardan təcrid olunmaq; hündür daş hasar və təhlükəsizlik üçün pul yığmaq. Köməyi olmayacaq: otdan, ulduzların səssiz uğultusundan, öz anlaşılmaz işini görən qızılgüldən gizlənmək mümkün deyil. Amma bağı onlara görə almısınız, narahat olmusunuz, qiymət salmısınız, əsəbiləşmisiniz, öyrənmisiniz və qalib gəlmisiniz. Gəlin hava alaq! Təmiz hava! Təbiətə, cücülərə daha yaxın olaq!
Şəhərlərdən qaçırıq, əzabdan, sıxıntıdan, tərli gündəlik həyatdan, pırtlaşıq saçlardan, gözlərin altındakı qara ləkələrdən qaçırıq. Uzaqlara, rabitəsiz sahələrə, sakit çəmənliklərə, mavi dənizin sahilindəki ağ evə qaçırıq: yaşamaq istədiyimiz yer oradır! Həm kokoslu poeziyası, həm də məhrəbalı çimərliyi olsun! Axşam isə ağ şərab... yenə ağ şərab, sonra yenə, yenə... yaxınlaşan bütün qorxuları boğmaq, dəhşətli şeyləri görməmək, uğultulu-ulduzlu məbədi, qorxunc şeyləri, dənizlərin xışıltısını, dağların donuqluğunu, çarəsiz tənhalıqda, çölün düzündə nazik sapdan asıldığını, nə böcəyin, nə də kalmarın dostun, yoldaşın olmadığını unutmaq üçün.
Tanrı insanı, öz miskin və və sevimli bəndəsini səhraya danışığa çağırır. O, alaqaranlıqdan çıxıb arxamızda dayanır. O bizə qaymaqçiçəyi ilə görüş təyin edir — sözsüz bir görüş, sadəcə göz-gözə. Tanrı ayağımızın altındakı otluğa uzanır, külək olub əsir, it olub hürür, dəniz olub dalğalanır, bulud olub üzür, yuxu olub yatır, şərab olub süzülür. Qalan şeylər danışıqların sirridir.
Boş gün