Anna Arenşteynin rəsminə “Forever* yumurta”

Hər yeri bürüyüb yarıqaranlıq,
üfüqlərdən göstərərək bulanıq
burnunu qəhvədan gəlir masaya,
tutacağı, qulpu — sağa, lüləyi
çevrilibdi əvvəlkitək düz sola,
tən ortada durub bütün ürəyi.

 Ontoloji cəhətdən isə indi
o burdadı — “özündə şey” — gəlibdi,
gizlədibdi öz içində olanı,
kofedimi, ola bilsin fenomen
(yaxud deyil), gerçəyin bir planı,
əsirdi (sic!**) bax indi profildən.

 Metafizik cəhətdən eyni vaxtda
dayansa da bizim yaxınımızda
(bəlkə uzaq?), indi deyil, əvvəldi —
beş dəqiqə, on dəqiqə, yüz ildi,
ya bir rəmzdi, ieroqlifdi, bir hərfdi.
Bizə rəmzi göndərən Əl, o əllər

 qəhvədandan uzaqdadı daha çox.
Və biz heç nə bilmirik, bilmirik yox,
barəsində onun biz bilmirik ki,
miqdarını, bilməməyin payını.
Qəhvədan da durub, sanki ikidi —
kənarında bu hər iki dünyanın.

 Duzqabı da ikilidi, həm orda,
həm burdadı — işin duzu budur da —
özündədir. Bizə elə gəlir ki,
tava yalnız bizim üçün əşyadır —
çünki onun o sapsarı gözləri,
qayğanağı gizlətmir ki — başqadır,

  tamam özgə cürdü məsələ amma:
əslində lap çılın-çılpaqdı tava,
onu iki bu sarı göz də yenə
“özündə şey” kimi gizlədə bilmir,
üçüncü göz isə yoxdu zillənə.
Gözlərində dəli od-alov bitmir,

  yoxdur bunun nə sonu, nə əvvəli,
özü də ki, kölgəsi o əllərin
düşür onun üstünə bir rəmz kimidəlir
onu — bir cüt sarı bəbəyi
qorxunc, şəffaf dişli çəngəlin ağzı,
indi gecdi dəf eləmək taleyi,

  “Olum, yoxsa ölüm?” deyir gözləri,
amma daha sual gündəmdə deyil,
bunu heç cür anlaya bilmir yazıq,
uzanır,budur, bax, uzanır artıq,
sirli əl uzanır təkrar, yenə də
çəngəllə.
Ah, dəhşət, bəla, faciə!


 * Birinci, ilk (ing).
** Belə, məhz belə (lat).