“Su” sözü işlənən üç altılıq
Qalın, hamar kənarlı
banka kimi bomboş göy üzündən
süzülürdü su aşsüzənə.
Möhkəm deyil deyə qapağı
buzlamış qara yıxılanadək
asta sürüşürdülər, yenə
yosun kimi yaşayırıq elə,
boşboş, tutqun səmanın dibində,
daim su süzülür ələkdən.
Ürpədici səslə — şüşəylə
ülgüc kimi — ünvana yetməyən
qatarlar uçur üstümüzdən.
Təkərlərin səsi donanda
bizdən çox uzaq olan ellərdə,
damcı-damcı boğulur su da.
Təpəyə çıxarıq çobanla
görək ki, qızılı şəhərlər necə
nəfəs alır qara çuxurda.
banka kimi bomboş göy üzündən
süzülürdü su aşsüzənə.
Möhkəm deyil deyə qapağı
buzlamış qara yıxılanadək
asta sürüşürdülər, yenə
yosun kimi yaşayırıq elə,
boşboş, tutqun səmanın dibində,
daim su süzülür ələkdən.
Ürpədici səslə — şüşəylə
ülgüc kimi — ünvana yetməyən
qatarlar uçur üstümüzdən.
Təkərlərin səsi donanda
bizdən çox uzaq olan ellərdə,
damcı-damcı boğulur su da.
Təpəyə çıxarıq çobanla
görək ki, qızılı şəhərlər necə
nəfəs alır qara çuxurda.





