Böcəklərin yaz uçuşu

Açıq meşədən ucur böcəklər,
sükanları da əyri buynuzdu.
Seçmək də olmur, o mavi gözlər
elə bil ki lap mayedi, sudu.

 Qanadlarına yapışıb qalıb
qətranla islaq min cürə yükü,
o mavi gözlər bizi unudub,
elə bil ki lap mayedi, sudu.

 biçir onları dəryazıyla Şərq,
odlu hörüklər yerə sallanır,
bədənlərinə çəkilir çəp xətt,
üfunət iyi dağa dırmanır,

 qurumuş qətran dənələridi-
sürüşüb düşür göz yuvasından,
kor olmuş gövdə içindən keçir,
ölümdən keçib ölümə gedir.