Derjavinin şeirini oxuyur bir kəpənək...

* * * Derjavinin şeirini oxuyur bir kəpənək, Sevinir, düşünür ki, o böcəkdi, bir Tanrı! Enir naxışlı kətan, enir o güllü örpək, Salır qanadlarını qəfildən o zavallı. Dəqiqdir, qüssə üçün, qürur üçün var haqqı, Onun bizdən daha çox əsası, öz gerçəyi. Güvə və yelkənqanad. Qalxır, enir aşağı, Yığılır, parıldayır tovuzquşu bəbəyi. Tanrıyla bu yaxınlıq elə gəlir ki, hərdən Ona verilib, çünki qohumluğa böcəklə Biz daha çox layiqik, nəinki bu küsəyən, Xəz qanadlı eybəcər, ipək donlu gözəlçə.